Bu günü səbirsizliklə gözləyirdik - Keçmiş məcburi köçkün

16:18 08.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Həmişə ümid edirdik ki, Vətənimizə qayıdacağıq. Bu günü səbirsizliklə gözləyirdik. Allaha şükürlər olsun, bu gün Vətənimizə gəlmişik.

Hafta.az xəbər verir ki, bu sözləri bu gün Ağdərə rayonunun Vəngli kəndinə köç edən keçmiş məcburi köçkün Tünzalə Şirinova jurnalistlərə deyib.

"Bu gün çox sevinirəm. Qızımla, nəvələrimlə birgə Vətənimizə qayıtmışıq. Bundan gözəl heç nə ola bilməz. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərə cansağlığı versin. Prezidentimizə minnətdarlığımı bildirirəm", - deyə o qeyd edib.